Xəbər verdiyimiz kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunurdu.
Bakupost.az xəbər verir ki, polisə sosial şəbəkə vasitsilə müraciət edən Nərmin Xudaverdiyeva bu gün məsələnin yekunlaşdığını açıqlayıb.
O bildirib ki, ötən gün sözügedən məsələ ilə bağlı Nərimanov rayon Baş polis idarəsinə dəvət alıb.
“Mənə bildirdilər ki, Rüstəm Orucov Tiktok platformasında etdiyi əməlləri inkar etsə də, polis idarəsində boynuna alıb. Etdiyim şikayətləri qəbul edib və peşmançılığını yazılı formada bildirib”.
N.Xudaverdiyev həmçinin əlavə edib ki, Rüstəm Orucov ondan və anasından üzr istəyib.
Bildirib ki, yaranmış vəziyyətin həllini nəzərə alaraq polisə etdiyi şikayəti geri götürüb.