Ru
16:57 / 28 Yanvar 2026

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı

İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı
Eye

Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.


Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elnur Rzayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bəxtiyar Osmanov icra başçısının müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, B.Osmanov uzun illərdir icra hakimiyyətində başçının müavini vəzifəsində çalışırdı. Onu bu vəzifəyə 2004-2019-cu illərdə rayonun başçısı olmuş mərhum Şəmsəddin Xanbabayev təyin etmişdi.

Ötən ilin sentyabrında Bəxtiyar Osmanovun 50 yaşı tamam olub və həmin vaxt icra başçısı onun yubileyi ilə əlaqədar olaraq təltif edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar