Ru
14:02 / 20 Noyabr 2021

Goranboy sakini minaya düşdü - RƏSMİ

Goranboy sakini minaya düşdü -  RƏSMİ
Eye

Prokurorluq Goranboy rayon sakininin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Bakupost.az -a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 12 radələrində 1972-ci il təvəllüdlü Şahin Qarayevin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla Şahin Qarayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar