Ru
14:51 / 29 Oktyabr 2019

Göygöldə möhtəşəm idman turniri - FOTOLAR

5812
Gənclər və İdman Nazirliyi və Azərbaycan Aşihara Karate Federasiyasının birgə təşkilatçılığı ilə aşihara karate üzrə turnir keçirilib.


BakuPost.az xəbər verir ki, 26 oktyabrda yeniyetmələr və gənclər arasında təşkil edilən turnir Göygöl rayonunda baş tutub.
Turnirin açılış mərasimində Azərbaycan idman ictimaiyyətinin nümayəndələri, rayon rəhbərliyi, Aşihara Karate Federasiyasının prezidenti Maarif Bağırov, Beynəlxalq Aşihara Karate Federasiyasının prezidenti David Jonkers və Türkiyə Aşihara Karate Federasiyasının prezidenti Uğur Baran və başqaları iştirak edib.

Turnirdə respublikanın 9 rayonundan olan 120 idmançı iştirak edib. 9 yaşdan 17 yaşa qədər olan idmançıların mübarizəsində komanda hesabına görə Göygöl rayonu birinci yer olub.
Azərbaycan Aşihara Karate Federasiyasının prezidenti, əməkdar idman xadimi, güləş üzrə SSRİ idman ustası, qara kəmər sahibi Maarif Bağırov bildirib ki, turniri təşkil etməkdə məqsəd yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini təmin etmək, onlarda vətənpərvərlik hisslərini gücləndirmək, yarış təcrübəsini daha da zənginləşdirmək, aşihara karateni ölkəmizdə kütləviləşdirməkdir.

Aşihara Karate Federasiyası 1998-ci ildə yaradılıb. 2002-ci ildən Dünya Çempionatlarında iştirak etməyə başlayıb. Federasiyanın idmançıları müxtəlif zamanlarda bu yarışların mükafatçıları sırasında olub.


 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
 Göygöldə möhtəşəm idman turniri  - FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər