Ru
13:00 / 02 Yanvar 2026

Güclü külək Bakıda 9 ağacı sındırdı - FOTOLAR

Güclü külək Bakıda 9 ağacı sındırdı - FOTOLAR
Eye

Yanvarın 2-si gecədən səhərə kimi davam edən güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, iki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar