Ru
23:16 / 29 Oktyabr 2019

Güləşçimiz dünya çempionu oldu

 Güləşçimiz dünya çempionu oldu
Eye

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

BakuPost
xəbər verir ki, çempionatda 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda kanadalı həmkarını məğlub edib.


Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb.

Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar