Güney Azərbaycanın Qaradağ bölgəsində meşə yanğını yenidən alovlandı.
Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, saat 10:30 radələrində güclü küləyin təsiri şiddətlənən alov Pətəklik, Bolalı, Maraldaşı və Qacar aşağıdan Təkədöndərən ərazilərinə yayılıb
Hazırda yanğın sürətlə irəliləyir.
Dövlət mediası yanğının artıq söndürüldüyünü xəbər versə də, əsl vəziyyət fərqlidir. İnsanlar təhlükə içindədir. Əliyalın və yerli xilasedici qüvvələr yanğını söndürmək üçün mübarizə aparırlar.
Təbiətə ciddi zərbə dəyib, çoxlu bitki və heyvan növləri təhlükə altındadır.
***
Digər fəlakət Azərbaycanın Türkmənsəhra (Gülüstan) bölgəsinə aid Sədəqabad meşə massivində başlayıb. Yanğın qısa müddətdə sürətlə yayılaraq geniş əraziləri bürüyüb.
Hadisə yerindən yayılan görüntülər alovun küləyin təsiri ilə daha da şiddətləndiyini görünür. Yerli mənbələr bildirir ki, yanğının havadan söndürülməsi üçün helikopter tələb olunsa da, indiyədək bölgəyə hökumət tərəfindən heç bir hava dəstəyi göndərilməyib.
Yaşayış məntəqələrinə doğru irəliləyən alovu söndürmək üçün yanğınsöndürmə qüvvələrinin gecikməsi Türkmənsəhra əhalisi arasında ciddi narazılıq yaradıb. Sakinlər bildirirlər ki, yerli imkanlarla bu miqyasda yanğını nəzarətə almaq mümkün deyil.
***
Sosial şəbəkələrdə Güney Azərbaycandakı meşə yanğınlarında bəzi nüfuzlu şəxslərin maraqlı olduğu deyilir.
Yerli mənbələrin iddiasına görə, Hirkan meşələrindəki son yanğınlar təsadüfi deyil və müəyyən şəxslərin maraqları ilə bağlıdır.
İddialarda qeyd olunan şəxslər arasında –– Məşhədin imam cüməsi Əhməd Alamolhodanın oğlu Mehdi Alamolhoda, keçmiş prezident İbrahim Rəisinin qaynı Saber Ənsari və Mazandaran Təbiət Sərvətləri İdarəsinin direktoru Hüseynəli İbrahiminin adları çəkilir.
Mənbələr bildirir ki, yanğında məqsəd qorunan meşə ərazilərini boşaldıb, tikinti və villalaşma üçün hazır hala gətirməkdir.
Cavid, BakuPost