Ru
18:37 / 05 Dekabr 2025

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı - SƏBƏB

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı - SƏBƏB
Eye

Gürcüstanın Marneuli rayonundakı 4 saylı rusdilli ictimai məktəbin direktoru vəzifəsini icra edən şəxs rüşvət üstündə saxlanılıb.

Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi (DTX) Xidmətindən bildirilib.

Məlumata əsasən, azərbaycanlı qadın olan həmin şəxs sertifikatın verilməsi üçün tələb olunan imtahanlara görə vətəndaşdan 300 ABŞ dolları məbləğində rüşvət alıb.

Faktla bağlı cinayət işi açılıb. Törədilmiş cinayət əməlinə görə 6 ildən 9 ilədək müddətə həbs cəzası nəzərdə tutulur.

DTX-nın yaydığı videogörüntülərdə soydaşımızın bir qadınla Azərbaycan dilində telefon danışığı və 300 ABŞ dolları həcmində rüşvət alması əksini tapıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar