Ru
17:37 / 22 Noyabr 2021

“Haber Global” ilin xəbər kanalı oldu - FOTO

1147
Türkiyədə keçirilən "Marka Zirvəsi”ndə "5-ci Türkiyə Altın Marka Mükafatı” sahiblərinə təqdim olunub.


Bakupost.az xəbər verir ki sözügedən tədbirdə ticarət, iqtisadiyyat, mədəniyyət, incəsənət və media sahəsində müxtəlif kateqoriyaların ən yaxşıları mükafatlandırılıb.


Türkiyədə "İlin xəbər kanalı” nominasiyası üzrə mükafatın sahibi "Haber Global” telekanalı olub.


Mükafatı kanalın adından "Haber Global”ın xəbər koordinatoru Sərdar Akdoğar alıb.


"Mükafat üçün çox təşəkkür edirəm. Üç ildir yayım həyatımıza davam edirik. İlk gündən bu yana hər zaman hər kəsə düzgün xəbəri çatdırmaq üçün çalışırıq. Bundan sonra da eyni şəkildə davam edəcəyik”, - deyə o bildirib.


“Haber Global” ilin xəbər kanalı oldu -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər