Ru
09:00 / 20 Oktyabr 2021

Hacı İlqar İbrahimoğlu sərbəst buraxıldı - YENİLƏNİB - VİDEO

25401

Hacı İlqar sərbəst buraxılıb.


Bakupost.az xəbər verir ki, bu barədə o özü məlumat verib. Bildirib ki, şahid qismində ifadə verdikdən sonra sərbəst buraxılıb.



***

(19.10.2021, 20:42)

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu saxlanılıb.

Bakupost.az xəbər verir ki, ilahiyyatçı Azərbaycanın xüsusi xidmət orqanları tərfindən saxlanılıb.

O öz Facebook səhifəsindən canlı efirə çıxaraq, hüquq mühafizə orqanları nümayəndələrinin onun evinə gəldiyini və özünün evdə olmadığını bildirib: "Mən indi evimə gedirəm, hüquq müdafiəçilərindən, vəkillərdən xahiş edirəm, oraya gəlsinlər".

Daha sonra hüquq müdafiəçisi Rüfət Səfərov AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçının evində axtarış aparılıb, özü isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Güman edilir ki, onun İran xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmadığını araşdırlacaq.


E.Mirzəyev

Baku Post

Şərhlər
  • Suleymanli Nicat

    İnsallah bir gun haqq oz yerin tutacaq Allah her seyi haqqiyla bilendi ve haqqi sevendi islam dinin sixmaqla özderine ziyan vurular miletin gözun acillar

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər