Ru
19:35 / 15 Sentyabr 2025

Hacı Murad Yagizarovun dəfn yeri bilindi

Hacı Murad Yagizarovun dəfn yeri bilindi
Eye

Xalq artisti Hacı Murad Yagizarovun nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah Vətənə gətiriləcək.

Mədəniyyət Nazirliyindən Bakupost.az-a verilən xəbərə görə, sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.

Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək.

Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar