“Mən IX “Muğam” Televiziya Müsabiqəsində münsiflərin qərarları ilə razılaşmıram, heç vaxt da razılaşmayacağam”.
Bunu müsabiqənin münsiflərindən biri olan Xalq artisti Səkinə İsmayılova
Bakupost.az-a açıqlamasında iştirakçıların etirazlarına münasibət bildirərkən deyib.
“Bildiyiniz kimi, mən finalda iştirak etmədim. Qərarı oradakı münsiflər veriblər. Hər halda mən finalda münsif olsaydım, nəticə başqa cür olardı. Mən olsaydım, var gücümlə çalışıb haqq-ədaləti bərpa edərdim”, - deyə Xalq artisti bildirib.
Qeyd edək ki, IX “Muğam” Televiziya Müsabiqəsinin nəticələri bəzi iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Belə ki, Kənan Novruzov mükafatlandırılma mərasimində ona təqdim olunan diplomu qəbul etməyib. Daha sonra isə ona qarşı haqsızlıq olunduğu ilə bağlı açıqlama verib. Digər narazı iştirakçı Aycan Şükürlü isə etirazını videomüraciət ilə bildirib və nəticələrə yenidən baxılmasını istəyib.
Aysel,
BakuPost
Nəzakət özü xaric oxuyur.Mən həmşə bunu deyirəm.Sərdar müəllimi isə ən düz adam bilirdim Heyf,cox hüyf.
Mən də qərarlarla razı deyiləm.Yenitetməldə Murad Nəbizadə qalib olmalıydı.Çünki onun səsi çox həzin,daha ürəyə yarımlı idi.Kənan və Aycan da sonacan qüsursuz oxudular,amma qalib olmadılar.Ümiyyətlə muğamdan bir az bildim olduğuna görə mən qadın münsiflərdən ən doğru qiymət verməkdə Səkinə xanımı seçirəm.Nəzarkət xanımın danışığı və verdiyi qiymətlər adamı qıcıqlandırır.Ona görə heyif ki,final ürəyimcə olmadı,heyif.Həm də muğam finalı hamı təsnif oxudu,bunun nəyi muğam oldu??
Bu münsüf heyəti mənfi reputasiyası ilə Xalqı, iştirakçıları narazı salıb, axı nə çətin iş imiş ki, iştirakşıları düzgün, obyektiv qiymətləndirmək???...
Bəzi normal səsi olmayanlar, yalançı "zil" səslə "oxuyanlar" xalq artisti edilib.