Ru
22:48 / 17 Fevral 2020

Hacıqabulda ağır qəza: xəsarət alan var

1144
Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib.

BakuPost-un
“Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.

Sabirabad rayonunun Kovlar kənd sakini, 1998-ci il təvəllüdlü Burzuyev Əli Əlibəndə oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpünün dəmir-beton dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ə.Burzuyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər