Ru
11:25 / 14 Oktyabr 2026

Türkiyədə müxalif telekanalın ofisində axtarış aparıldı – Yayımı dayandırıldı - VİDEO

Türkiyədə müxalif telekanalın ofisində axtarış aparıldı –  Yayımı dayandırıldı - VİDEO
Eye

Türkiyədə müxalif telekanlı olan "Halk TV"nin İstanbul ofisində polis tərəfindən axtarış aparılıb.

"Bakupost" xəbər verir ki, bu barədə telekanalın sahibi Cəfər Mahiroğlu məlumat verib.

Əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub.

Kanalın baş redaktoru Suat Toktaş canlı yayımın dayandırılmamasını istəsə də, onun müraciəti qəbul edilməyib.

Həmçinin, kanalın yayımı dayandırılıb, telekanala müvəqqəti rəhbərlik təyin edilib.

Binaya giriş məhdudlaşdırılıb. Axtarışlarda maliyyə cinayətləri, mütəşəkkil cinayətkarlıq və terrorla mübarizə bölmələrinin əməkdaşları iştirak ediblər.

Müxalif Yeni Partiyanın sədri Özgür Özəl telekanalın əməkdaşlarına dəstəyini ifadə edib.

Yasəmən, BakuPost


Şərhlər
Captcha ↻
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar