Ru
07:56 / 13 Sentyabr 2023

Hamiləliyin əsas əlamətləri

Hamiləliyin əsas əlamətləri
Eye

Hamiləlik əlamətləri qadından qadına dəyişə bilər, lakin əksər qadınlar üçün eynidir.

Bəzi qadınlarda əlamətlər dərhal görünür, bəzilərində isə gecikə bilər.

Bakupost.az xəbər verir ki, hamiləlik cinsi əlaqədən sonra orta hesabla 10-14 gün ərzində baş verir.

Ən sadə hamiləlik əlamətləri:


1. Menstruasiyanın gecikməsi

Əgər menstruasiya vaxtı çatırsa, lakin sizdə olmayıbsa, bu, hamiləliyin əsas əlaməti ola bilər.


2. Vaginal axıntının artması

Artan vaginal axıntı hamiləliyin ilk həftələrində görülən əhəmiyyətli simptomlardan biridir. Bunun səbəbi hamiləliyin başlaması ilə artan hormonlarla izah edilir.


3. Ürəkbulanma və qusma


Ürəkbulanma hamiləliyin ilkin əlamətlərindən biri olsa da, ilk trimestrdə, bəzən daha uzun müddətlərdə baş verə bilər. Bu, sağlam hamiləliyin əlaməti hesab olunur.


4. Müəyyən qidalardan ikrah hissi

Qoxulara qarşı həssaslığın artması və dad duyğusunun dəyişməsi müəyyən qidalardan ikrah hissi yarada bilər.


5. İştahanın artması

Hamiləliyin ilk üç ayında iştahanın artması ürəkbulanma kimi sağlam hamiləliyin əlamətidir.


6. Döşlərin həssaslığı

Hormonal dəyişikliklər hamiləliyin erkən mərhələlərində baş verir. Bu dəyişiklik döşlərdə həssaslıq və ağrıya səbəb ola bilər.






Digər səbəblər;

Dəri problemləri

Dırnaqların sürətlə uzanması

Ağızda metal dadı

Bu, yuxululuq və zəiflik vəziyyəti kimi sıralana bilər.


Aygün
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar