Ru
09:30 / 16 May 2025

Nazirliyin keçmiş baş mühasibi HƏBSDƏ ÖLDÜ

Nazirliyin keçmiş  baş mühasibi  HƏBSDƏ ÖLDÜ
Eye

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş vəzifəli şəxsi həbsdə ölüb.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən Bərdə rayon sakini 38 yaşlı Mustafayev Rauf Abış oğlu vəfat edib. R.Mustafayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq baş mühasibi olub.

İlkin məlumata görə, mərhum anemiyadan əziyyət çəkirmiş.

Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 308 və 179.3.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək 7 il müddətinə həbs edilmişdi. Araşdırmalar zamanı baş mühasibin elektron sistemə saxta məlumatar daxil etməklə 90 min manata yaxın pul mənimsəməsi müəyyən edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar