Ru
21:27 / 02 Noyabr 2025

Həbs edilən icra başçısını əvəz edən Dibirov kimdir? - DOSYE

Həbs edilən icra başçısını əvəz edən Dibirov kimdir? - DOSYE
Eye

Xəbər verdiyimiz kimi, üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevi həbs edib. Onun səlahiyyətlərini birinci müavin Turan Dibirov müvəqqəti icra edir.

Bakupost.az Mətbuat.az-a istinadla xəbər verir ki, Dibirov Turan Eldar oğlu 1986-cı ildə Balakən rayonunun Qullar kəndində anadan olub.

2007-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını iqtisadiyyat və idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının müsabiqə və müsahibə mərhələsindən uğurla keçərək, Balakən Rayonu Gənclər və İdman İdarəsində gənclərlə iş üzrə aparıcı məsləhətçi vəzifəsi ilə başlayıb. 2011-ci ildə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sosial-iqtisadi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. Beş il bu vəzifədə işlədikdən sonra qulluqda yüksəliş yolu ilə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində müdir müavini vəzifəsinə təyin olunub. Altı il bu vəzifədə çalışdıqdan sonra 26.09.2022-ci il tarixdə qulluqda yüksəliş yolu ilə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

2011-ci ildən YAP-ın üzvüdür. Evlidir, 2 övladı var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar