Ru
18:50 / 03 Noyabr 2025

Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ

Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən İMTİNA ETDİ
Eye

Balakənin həbs edilən keçmiş icra başçısı İslam Rzayev apellyasiya şikayəti verməkdən imtina edib.

Bakupost.az xəbər verir ki, bu barədə Lent.az-a keçmiş icra başçısının hüquqlarını müdafiə edən vəkil Elvin Əliyev məlumat verib.

Vəkil bildirib ki, İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

Ona 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar