Bakı Ağır Cinayətlər Məhkəməsi hazırda həbsdə olan jurnalist Şəmsad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib.
Bakupost.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkil Cavad Cavadov deyib.
Qeyd edək ki, dünən “Meydan TV İşi” çərçivəsində həbs edilən Şəmsad Ağanın anası vəfat edib.
Dünən jurnalistin vəkili Zibeydə Sadıqova jurnalistin hüzr mərasiminə buraxılmasına üçün Ombudsmana, Penitensiar Xidmətə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.