Ru
11:28 / 29 Yanvar 2026

Qızıl və gümüş rekord səviyyələrə yüksəldi

Qızıl və gümüş rekord səviyyələrə yüksəldi
Eye

Qızıl və gümüş qiyməti bu gün səhər növbəti dəfə rekorda imza atıb.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, sürətlə 5600 dollarlıq psixoloji həddə yaxınlaşan qiymətli metal gün ərzində 5.595,55 dollara qədər qalxdıqdan sonra 5.575-də möhkəmlənib.

Qızıl bu həftə 10%-dən çox bahalaşıb, il əvvəlindən bəri isə 27%-dən artıq artım qeydə alınıb.

Gümüş də 120 dollar səviyyəsini keçib. Ağ metal gün ərzində 119,34 dollarla rekord qırdıqdan sonra 120,02 dollara yüksəlib. Bu artım, daha ucuz alternativ axtaran investor tələbi və təchizat məhdudiyyətləri ilə dəstəklənib. Gümüşün bu il 60%-dən çox dəyər qazandığı qeyd olunur.

Digər metallardan platin 2.723,40 dollara yüksəlib, palladium isə 2.041,20 dollara geriləyib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar