Həbsdən azadlığa çıxan müğənni Rəqsanə İsmayılova sosial şəbəkələrdə yenidən gündəmə gəlib.
Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, onun qızı Aysun İsmayılova ilə birlikdə çəkilən yeni görüntüləri izləyicilərin marağına səbəb olub.
Sözügedən videoları Aysun öz şəxsi "İnstagram" hesabının hekayə bölümündə paylaşıb. Ana-balanın paylaşımı diqqət çəkib.
Görüntülərdə Rəqsanə və Aysun birlikdə gözəllik salonunu ziyarət edərək öz görünüşlərinə əl gəzdiriblər. Daha sonra onların alış-verişə çıxdıqları da əks olunub.
Paylaşımlara sosial şəbəkə istifadəçiləri tərəfindən çoxsaylı rəylər yazılıb.