Ru
13:02 / 09 İyun 2020

Həcc ziyarəti ilə bağlı qərar verildi - Simvolik olacaq

4882
Səudiyyə Ərəbistanı hər il milyonlarla insanın getdiyi Həcc ziyarəti ilə bağlı qərarını verdi.

"BakuPost"un məlumatına görə, dünyanı cənginə alan pandemiya ilə əlaqədar olaraq bu il ziyarət məhdud səviyyədə və simvolik olacaq. "Reuters"ə açıqlama verən məsul şəxslər virusla bağlı əlavə yoxlama tədbirlərinin həyata keçirləcəyini deyiblər. Bundan başqa təkrar Həcc ziyarətinə gəlmək istəyənlər qəbul edilməyəcək.

Hələ mart ayında ölkə rəhbərliyi müsəlmanlara müraciət edərək Həcc və Ümrə ziyarətlərini növbəti müraciətə kimi təxirə salmalarını xahiş etmişdi.

Xatırladaq ki, Səudiyyədə də COVİD-19-a yoluxanların sayı 105 mini keçib. Ölkə hər il Həcc ziyarətindən 12 milyard dollara yaxın pul qazanırdı.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər