Ru
23:23 / 18 Noyabr 2025

Həftənin doğulduğunuz gününə görə ruhunuzu hansı gül təmsil edir? - Ruhani SİMVOL

Həftənin doğulduğunuz gününə görə ruhunuzu hansı gül təmsil edir? - Ruhani SİMVOL
Eye

Güllər ümid və yenilənmənin ruhani simvolları hesab olunur. Doğum gününüzün həftənin hansş gününə düşməsini öyrənməklə ruhunuzu təmsil edən gülü öyrənmək mümkündür.

Bakupost.az xəbər verir ki, bu, ruhunuzu daha dərindən tanımağa və hansı göy cisimlərinin həyatınıza təsir etdiyini anlamağa kömək edəcək.

Həftənin bütün günlərini ardıcıllıqla təqdim edirik:

Bazar ertəsi – Ağ zanbaq

Sizi Ay idarə edir – kosmosun emosional bələdçisi və təbii şəfa verici. Güclü intuisiya qabiliyyətiniz var. Siz çox həssas insansınız və təmiz qəlbiniz əsl xəzinədir. Zanbaq emosional yenilənməni simvolizə etdiyi kimi, sizin ruhunuz da şəfqət və qayğı ilə doludur.

Çərşənbə axşamı – Qırmızı qərənfil

Bu gül cəsarət və ehtirası ifadə edir. Sizi məqsədyönlü Mars idarə edir – öz yolunu açan döyüşkən planet. Siz qorxmadan özünüzü ifadə edən və layiqli yerinizi tutan cəsur insansınız. Qərənfilin alovlu rəngləri sizin sevginizi, özünüzü qorumağa olan istəyi və ehtiyacı olanlara dəstəyi əks etdirir.

Çərşənbə – Lavanda

Sizi Merkuri idarə edir – ünsiyyət və intellekt planeti. Siz güclü və enerjili şəxsiyyətsiniz. Lavanda sakitliyi simvolizə etsə də, eyni zamanda zehni canlandırır, aydınlıq gətirir və sinir sistemini tənzimləyir. Bu güllə siz ifadəli təbiətə və ətrafdakılara böyük sevgiyə sahibsiniz.

Cümə axşamı – İris

İris müdriklik, inam və ali görüşü təmsil edir. Sizi uğurlu Yupiter idarə edir – fəlsəfə və inkişaf planeti. Siz səxavətli, zarafatcıl və sevgi dolu insansınız. İris isə sizin optimizminizi və ətrafdakılara yaydığınız işığı əks etdirir.

Cümə – Qızılgül

Sizi cazibədarlığı və maqnetizmi ilə tanınan Venera idarə edir. Qızılgül sizin parlaq şəxsiyyətinizi göstərir. Siz emosional, populyar və incə cazibəyə sahib insansınız.

Şənbə – Bənövşə

Sizi Saturn idarə edir – karma və məsuliyyət planeti. Siz dərinlik, dözümlülük və qədim ruhun müdrikliyini daşıyırsınız. Bənövşə sizə təvazökarlıq, daxili güc və sədaqət bəxş edib. Kölgədə bitən bu gül çətin vəziyyətlərdə tarazlıq tapmaq bacarığınızı göstərir. Səbir və intizamla əbədi gözəlliyi dərk edə bilərsiniz.

Bazar – Günəbaxan

Sizi Günəş idarə edir – ali şüur, həyat enerjisi və özünü tanıma mənbəyi. Günəbaxan sizin həyatsevərliyiniz, optimizminiz və ehtirasınızı göstərir. Siz parlaq və cəsur insansınız, başqalarını da özləri olmağa ruhlandıra bilirsiniz.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar