Ru
10:05 / 18 May 2021

Həmyerlimiz Rusiyadakı səfirliyimizin qarşısında öldü - Araşdırma başladı

1175
Mayın 17-də Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Bakupost.az -ın xəbərinə görə, səfirlikdən bildiriblər ki, konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Rüfət Əli oğlu Muradovun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Bununla əlaqədar dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün edib.

Ölüm səbəbinin öyrənilməsi məqsədilə səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət ünvanlayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər