Ru
19:53 / 17 İyun 2026

Hikmət Hacıyev seçkidən sonra Dilicana niyə gəldi? – Paşinyandan son dəqiqə açıqlaması

Hikmət Hacıyev seçkidən sonra Dilicana niyə gəldi? –  Paşinyandan son dəqiqə açıqlaması
Eye

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin seçkilərdən dərhal sonra Dilicana səfərinin səbəblərinə aydınlıq gətirib.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Paşinyan Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Dilicana səfərinin müxtəlif söz-söhbətlərə səbəb ola biləcəyini əvvəlcədən anladığını bildirib.

Onun sözlərinə görə, bu görüş bəzi dairələr tərəfindən 300 min azərbaycanlının Ermənistana qayıdışına hazırlıq kimi təqdim edilə bilərdi.

Bununla belə, Ermənistanın baş naziri görüşün zəruri olduğunu vurğulayıb. O qeyd edib ki, əsas məqsəd regionda müharibə risklərini idarə etmək və yeni təhlükələrin qarşısını almaq olub.

Paşinyanın sözlərinə görə, ölkədə hələ də “dənizdən dənizə Ermənistan” ideyasını dəstəkləyən və Qarabağı geri qaytarmaq istəyən qüvvələr mövcuddur. Baş nazir hesab edir ki, belə çağırışlar gələcəkdə vəziyyəti yenidən gərginləşdirə bilər.

O əlavə edib ki, Ermənistan yeni model üzrə ordu qurduğu bir vaxtda həmin qüvvələrin hakimiyyətə gəlməsi və ordunun müharibə partiyasının əlinə keçməsi ehtimalı narahatlıq doğurur.

Paşinyan məhz bu səbəbdən Azərbaycan nümayəndə heyətinin seçkilərin yekunlaşmasından dərhal sonra Dilicana səfər etdiyini bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar