Ru
17:07 / 19 Oktyabr 2020

Hikmət Hacıyevdən erməni əsirlərlə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən erməni əsirlərlə bağlı  AÇIQLAMA
Eye


"Erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb".

"BakuPost" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:

"Azərbaycanda olan iki yaralı erməni əsirinə Azərbaycan Respublikası Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək həmin yaralılara da lazımi tibbi yardım göstərildi. Eyni zamanda onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar