Hindistan sentyabrda Rusiyadan neft idxalını azaldıb, lakin idxal bütün tədarüklərin təqribən üçdə biri səviyyəsində qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, sentyabrda sutkada tədarüklərin həcmi 1,61 milyon barel təşkil edib. Halbuki avqustda bu rəqəm 1,72 milyon barel olub. İllik ifadədə göstərici 16% azalıb.
Xatırladaq ki, avqust ayında ABŞ lideri Donald Tramp Rusiyadan neft aldığına görə Hindistana 25% rüsum tətbiq edib. Yeni Delhi üçün rüsumların ümumi həcmi 50% təşkil edib.