Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin dünən Hindistana rəsmi səfərə gedib. Rusiya dövlət başçısı səfəri çərçivəsində Hindistan baş naziri Narendra Mondi ilə görüşüb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, görüşün gerçəkləşdiyi saatlarda “India Today” telekanalında maraqlı yayım olub. Belə ki, telekanal Rusiya, Hindistan və ABŞ dövlət başçılarının obrazlarının canlandırıldığı qısa animasiya filmni nümayiş etdirib. Filmdə Narendra Modi və Vladimir Putin qoşqulu motosikletlə neft quyuları arasında səfərə çıxır və dostluq haqqında mahnı oxuyurlar.
Animasiyada dövlət başçıları yol boyu Rusiyanın Hindistana tədarük etdiyi S-400 zenit-raket komplekslərinin yanından keçirlər. Daha sonra Modi və Putin iki benzin nasosu olan yanacaqdoldurma məntəqəsinə gəlirlər. Məntəqnin bir nasosunda Rusiya, digərində ABŞ benzini satılır. ABŞ yanacağını vuran nasosun yanında Prezident Donald Tramp dayanır. Modi Rusiya benzini seçir və Putinin motosikleti ilə gedərkən Trampın şlyapasını uçurur.
Filmin fonunda Hindistanın Moskva ilə münasibətlərini ucuz neft müqabilində necə gücləndirdiyi məsələsi diqqət çəkir.
Qeyd edək ki, dünən Putin cizgi filminin yayımlandığı “India Today”ə geniş müsahibə verib. Rusiya prezidenti müsahibəsində Ukrayna müharibəsi, Qərblə münasibətlər, Tramp və Rusiyanın iqtisadi vəziyyəti barədə danışıb.
Cavid, BakuPost