Ru
11:36 / 25 Noyabr 2021

Hüseyn onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi - VİDEO

Hüseyn onu pulsuz aparan taksi sürücüsünə maşın hədiyyə etdi -  VİDEO
Eye

Rusiyada yaşayan azərbaycanlı bloqçu Hüseyn Həsənov onu pulsuz aparan taksi sürücüsünə avtomobil hədiyyə edib.


Bakupost.az xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.

Videodan görünür ki, əvvəlcə Hüseyn dostu ilə Moskvada küçədəki taksilərə yaxınlaşıb. O, pulqabısını götürmədiyini, təcili getməli olduğunu deyib.

Bəzi sürücülər bundan imtina etsə də, biri razılaşıb.

Söhbət əsnasında məlum olub ki, sürücü Qırğızıstandan gəlib, borcları var, qızı isə əməliyyat olunmalıdır.

Ünvana çatan Hüseyn avtomobil satılan yerə girərək ona yeni maşın alıb. O, sürücünün pasportunu götürüb və maşını onun adına keçirərək, açarları təqdim edib.

Sürücü çox sevinərək, göz yaşlarına hakim ola bilməyib.



Şərhlər
  • Parviz gasumov

    Gürcistan

  • Парвиз гасумов

    Ггрузия

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar