Ru
16:28 / 10 Sentyabr 2019

İbrahimoviçə heykəl qoyulacaq

İbrahimoviçə heykəl qoyulacaq
Eye

"Los Angeles Galaxy" klubunun hücumçusu Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq.


BakuPost.az xarici mediaya istinadən xəbər verir ki, heykəli İsveç Futbol Assosiasiyası sifariş edib.


Bürüncdən olan abidə futbolçunun doğma şəhəri olan Malmödə ucaldılacaq. Heykəlin hündürlüyü 2.7 metr və çəkisi 500 kq olacaq.


Abidənin İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda qoyulacağı bildirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar