Ru
13:53 / 26 Noyabr 2021

“İcmai​ büdcə layihəsi natamamdır” - Etibar Əliyev

2610
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin Zərfi”ndə bizə təqdim edilən icmal büdcə layihəsi natamamdır. Çünki təqdim edilən icmal büdcədə İcbari Tibbi Sığorta Fondunun büdcəsini görə bilmirik”.

Bakupost.az -ın məlumatına görə, bunu millət vəkili Etibar Əliyev deyib.

Deputatın sözlərinə görə, ölkədə hazırda həyata keçirilməkdə olan mühüm sosial-iqtisadi islahatlardan biri icbari tibbi sığortanın tətbiqidir. 2021-ci ilin yanvarından İcbari Tibbi Sığorta​ (İTS) ayırımları toplanmaqdadır və bu vəsait İTS Fondunda cəmlənir. Bu Fonda həm dövlət büdcəsi hesabına sığortalanan şəxslər üzrə İTS ayırımları, həm də sığorta edənlərin və sığorta olunanların ödədikləri vəsaitlər yığılır:

“Yəni hazırda İcbari Tibbi Sığorta Fondu da elə Dövlət Sosial Müdafiə Fondu yaxud İşsizlikdən Sığorta Fondu kimi fəaliyyət göstərən, həm dövlət büdcəsinin, həm də sığortaçıların ödədikləri vəsait hesabına formalaşan bir fonddur. Buna görə də İcbari Tibbi Sığorta Fondunun da icmal büdcənin tərkibində göstərilməsi, daxilolma mənbələri üzrə Fondun gəlirlərinin proqnozlaşdırılması və Milli Məclisə təqdim edilməsi təmin olunmalıdır”.

E.Əliyev qeyd edib ki, İcbari Tibbi Sığortanın tətbiqi və dövlət büdcəsinin vəsaiti hesabına əhalinin icbari tibbi sığortalanması büdcə təsnifatında müvafiq dəyişikliklərin aparılmasını da zəruri edir. ​ Belə ki, 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində “Səhiyyə xərcləri” bölməsinin müvafiq bəndindən aydın olur ki, gələn il “əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı”na 1125.7 mln. manat nəzərdə tutulub. Büdcə xərclərinin iqtisadi təsnifatında bu vəsait 222920 “İstehlak yönlü müxtəlif xidmətlər” maddəsinə aid edilib. Xərclərin iqtisadi təsnifatında 212300 kodu ilə olan “İcbari tibbi sığorta” maddəsində isə büdcə təşkilatlarının işçilərini icbari tibbi sığortalamaları üçün ayrılan vəsaitlər əks olunur: “ Buna görə də dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fondu və məcburi dövlət sosial sığortası ilə bağlı olan yanaşmanı İcbari Tibbə Sığorta Fondu və icbari tibbi sığortaya da şamil etmək lazımdır.

“Səhiyyə xərcləri” funksional bölməsinin tərkibinə “İcbari Tibbi Sığorta Fondu” köməkçi bölməsi əlavə etmək və əhalinin dövlət hesabına icbari tibbi sığortalanması xərclərini bu köməkçi bölmədə göstərmək məqsədəuyğun olardı”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər