Ru
15:59 / 29 Yanvar 2026

İcra başçısından böyük kadr islahatı: Şöbə müdirləri və sektor rəhbərləri dəyişdi

İcra başçısından böyük kadr islahatı: Şöbə müdirləri və sektor rəhbərləri dəyişdi
Eye

Xətai Rayon icra Hakimiyyətində (RİH) yeni kadr islahatları aparılıb.


Bakupost.az NOCOMMENT.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Rafiq Quluyev müvafiq əmrlər imzalayıb.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov vəzifəsindən azad olunub.

Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda işçilərin sayı artırılıb. Belə ki, indiyədək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi işləmiş Fərrux Kərəməliyev sektora məsləhətçi təyin edilib.

Əhməd Məmmədov Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun isə müdiri – baş memar vəzifəsinə təyinat olub. O, indiyədək Rayon Təsərrüfatı şöbəsində məsləhətçi işləyib.

Əvvəllər Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılmasının müdiri olmuş Məhəmmədəli Aslanov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar