Xalq artisti Röya Ayxan Yeni il münasibətilə konsert vermək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.
Bakupost.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə iştirak edən müğənni icra başçısı Rafiq Quliyev tərəfindən qarşılanıb. Müğənninin qarşılanma mərasimi, rəsmi şəxslərin onunla foto çəkdirməsi
müzakirələrə səbəb olaraq birmənalı qarşılanmayıb.
Məsələ ilə əlaqədar Xətai RİH Qafqazinfo-nun sorğusuna belə cavab verib: “Azərbaycan Respublikasının Xalq artisti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Xətai rayonu ərazisində yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şagirdləri üçün konsert proqramı ilə çıxış edib. Tədbirdə icra başçısı, millət vəkilləri, şəhid və qazi ailələri və digər qonaqlar iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin memarı olduğu Liseyin muzeyi ziyarət olunub.
İnsanın evinə qonaq gələndə onu qarşılayırlar. Minnətdarıq ki, Xalq artisti gəlib belə bir tədbirdə uşaqlarımızı sevindirdi. Burada pis nəsə yoxdur”.