Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.
Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib.
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.