Culfada yük avtomobilinin qaz xəttinə çırpılması nəticəsində 2 920 abonentin qaz təchizatı dayandırılıb.
Bakupost.az-ın Report-a istinadən məlumatına görə, Ordubadi küçəsində avtoqəza nəticəsində minik avtomobili D-100-lük qaz xəttini qırıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.