Ru
20:38 / 30 Dekabr 2025

Bakı-Qahirə birbaşa aviareysi açıla bilər

Bakı-Qahirə birbaşa aviareysi açıla bilər
Eye

Bakı-Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir.

Bakupost.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.

Bakı-Qahirə birbaşa aviareysi açıla bilər

Diplomat bildirib ki, il ərzində Azərbaycandan Misirə 10 milyon nəfər də səyahət etsə, bu, yetərli deyil:

"Düşünürəm ki, biz daha çox şey təklif edə bilərik və siz də daha çox imkanlara maliksiniz. Arzum odur ki, azərbaycanlılar "Gəlin dünyanı kəşf edək" deyə düşündükdə Misir əsas istiqamətlərdən biri olsun. Eyni zamanda, istəyirəm ki, misirlilər üçün də Bakı gedilə bilən əsas şəhərlərdən biri kimi qəbul edilsin".

Səfir hazırda bu düşüncəni daha geniş şəkildə qəbul etdirə bilmək üçün çalışdıqlarını vurğulayıb:

"Biz artıq Şarm əş-Şeyxə birbaşa uçuşlara malikik, hazırda Azərbaycan hökuməti və bəzi özəl Misir şirkətləri ilə Bakı-Qahirə birbaşa aviareysinin açılması üzərində işləyirik. Bakı ilə Qahirənin birbaşa bağlantısı biznes ictimaiyyət, akademik dairələr, mədəniyyət və ümumilikdə, turizm deməkdir. Bizi daha da yaxınlaşdıracaq əsas məqam bu əlaqələrin qısamüddətli mədəni mübadilə proqramları və ticarət üçün şərait yaratmasıdır. Birbaşa uçuş olsa, səyahət xeyli asanlaşır".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar