Ru
21:07 / 30 Dekabr 2025

Pezeşkiandan son dəqiqə açıqlaması: Sərt və peşmanedici cavabla qarşılaşacaqlar

Pezeşkiandan son dəqiqə açıqlaması: Sərt və peşmanedici cavabla qarşılaşacaqlar
Eye

İran prezidenti Məsud Pezeşkian ölkəsinin təhlükəsizliyinə yönələn hər hansı ədalətsiz addımın cavabsız qalmayacağını bəyan edib.

Bakupost.az xəbər verir ki, dövlət başçısı vurğulayıb: İrana qarşı istənilən haqsız müdaxilə sərt və sonradan peşmanlıq doğuracaq cavabla qarşılanacaq.

Pezeşkianın sözlərinə görə, Tehran milli maraqlarını və suverenliyini qorumaqda qətiyyətlidir və bu məsələdə heç bir tərəddüd göstərməyəcək. O qeyd edib ki, İran regionda sabitliyin tərəfdarıdır, lakin təzyiq və təhdid dili ilə danışanlara adekvat reaksiya verməyə hazırdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar