Ru
20:30 / 30 Dekabr 2025

“Hörümçək-adam” yolda qalanlara belə kömək etdi - Video

“Hörümçək-adam” yolda qalanlara belə kömək etdi - Video
Eye

Türkiyənin Bitlis şəhərində “Hörümçək adam” kostyumu geyinərək gəzən Ayaz Salih Koç adlı şəxs sərt hava şəraitində göstərdiyi xeyirxahlıqla gündəmə gəlib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, güclü qar yağışı səbəbindən yolda irəliləyə bilməyən sürücünün köməyinə çatan Koç avtomobili itələyərək hərəkətin bərpasına yardım edib.

Qeyri-adi geyimdə kömək edən gəncin bu hərəkəti ətrafdakıların marağına səbəb olub.

Sosial şəbəkələrdə populyar olan gənc bildirib ki, geyindiyi kostyum sadəcə bir simvoldur:

“Əsas məqsədim insanların çətin anlarda tək olmadıqlarını hiss etdirməkdir. Hər kəs üçün ümid mənbəyi olmağa və xəyallarımın ardınca getməyə davam edəcəyəm”


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar