ABŞ və tərəfdaşları 2025-ci ilin əvvəlindən etibarən Suriyada həyata keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasının 300-dən çox terrorçusunu saxlayıblar.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Son 12 ay ərzində ABŞ və müttəfiq qüvvələr Suriyada bir sıra əməliyyatlar keçirib, nəticədə İŞİD-in 20-dən çox silahlısı məhv edilib. Əməliyyatlar terrorçu ocaqlarının zərərsizləşdirilməsinə, qruplaşmanın infrastrukturunun məhv edilməsinə və onun yenidən dirçəlməsinin qarşısının alınmasına yönəlib.