Ru
19:13 / 02 Oktyabr 2025

İdman tariximizdə ilk: Qeydiyyata az qaldı! - FOTO

İdman tariximizdə ilk: Qeydiyyata az qaldı! - FOTO
Eye

Azərbaycanın idman tarixində bir ilk yaşanacaq.

Bakupost.az xəbər verir ki, ölkəmizdə birinci dəfə beynəlxalq “IRONMAN 70.3 BAKU” triatlon yarışı keçiriləcək.

Triatlonun ən vacib yarışı hesab edilən “IRONMAN 70.3 BAKU” MDB ölkələri arasında yalnız Azərbaycanda - paytaxt Bakıda baş tutacaq. Bu, ölkəmizdə triatlonun inkişafında, sağlam həyat tərzinin inkişaf etdirilməsində, eyni zamanda Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında mühüm rol oynayacaq. Yarışın prioritet məqsədlərindən biri də şəhərimizə turistlərin cəlb olunmasıdır.

İştirakçılar idmanın müxtəlif növlərindən həzz almaqla yanaşı, Bakının heyranedici gözəlliyinin də şahidi olacaqlar. Belə ki, yarışlar günorta saatlarından başlayacaq və gün batımı vaxtı bitəcək. Bununla da paytaxtın gündüz həyatının aktivliyindən ilhamlanan atletlər finişi artıq işıqlı Bakı gecələrində tamamlamış olacaqlar.

Adındakı “70.3” ilə məsafəni bildirən yarışın marşrut xəritəsi bundan əvvəlkilərdən daha geniş və əhatəlidir. Yarışlar əsasən şəhərin mərkəzi küçələrini, görməli yerlərini əhatə edəcək.

Bundan başqa, tədbir çərçivəsində uşaqlar üçün də müxtəlif yarışlar nəzərdə tutulub. Azyaşlılar fərqli əyləncə növlərindən istifadə etməklə yarışlara qatıla bilərlər.

“IRONMAN 70.3 BAKU” triatlonuna qeydiyyat oktyabrın 23-də elan olunacaq. Yarışda iştirak etmək üçün tələb olunan lisenziyanı müvafiq şərtlər əsasında federasiyadan əldə etmək mümkündür.

Qeyd edək ki, “IRONMAN 70.3 BAKU” triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və “IRONMAN 70.3” triatlonu, “Fun Run 5 km” və “IRONKIDS” yarışlarını əhatə edəcək. 1.9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90.1 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, “IRONMAN EXPO” zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.

Artıq MDB ölkələrindən yüzlərlə şəxs yarışlara qeydiyyatla bağlı müraciət edib. Siz də oktyabrın 23-dən etibarən “IRONMAN 70.3 BAKU”dan qeydiyyatdan keçərək unudulmaz günlərə lisenziyanı əldə edə bilərsiniz!


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar