Ru
16:59 / 09 Dekabr 2025

Leninin adı qarşıdurma yaratdı – Almaniyada küçə adlarına görə gərginlik

Leninin adı qarşıdurma yaratdı –  Almaniyada küçə adlarına görə gərginlik
Eye

Almaniyanın şərqində (keçmiş ADR-red.) hələ də Lenin və Vilhelm Pik kimi kommunist liderlərin adını daşıyan onlarla küçələr mövcuddur. Federal Diktatura Qurbanları üzrə Komissar bu adların rejimə qarşı mübarizə aparmış şəxslərin adları ilə əvəzlənməsini tələb etsə də, proses şəhər şuralarında müxtəlif səbəblərdən bloklanır.

Bakupost.az “Bild” qəzetinə istinadən xəbər verir ki, ən gərgin mübahisələr Yerihov rayonunda baş verib. Burada küçələrin adının dəyişdirilməsinə qarşı çıxan vətəndaşlar ifrat sağıcı “Alternativ Almaniya” (AfD) partiyasının dəstəyini qazanıblar. AfD rusiyapərəst mövqeyi ilə tanınan partiya kimi, bu dəyişiklikləri siyasi səbəblərlə tənqid edib, onu "tarixi xatirələrin silinməsi və mədəni identikliyin zəiflədilməsi" adlandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar