İftixar Piriyevin İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad olunmasından bir aya yaxın vaxt keçsə də, yerinə təyinat olmayıb.
Bakupost.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında teatrın Baş rejissoru Gümrah Ömər məlumat verib. O, teatrın yaradıcılıq işlərinin qaydasında getdiyini bildirib:
"Teatrın direktor vəzifəsinə rəsmi təyinat yoxdur".
Qeyd edək ki, sentyabr ayında İftixar Priyev İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad olunub.