Ermənistanın İctimai televiziyası bütün ermənilərin katolikosu II Qareginin təbrik mesajını özündə əks etdirməyən yeni il proqramının anonsunu yayıb.
Bakupost.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İctimai Televiziyanın saytında dərc olunan cədvələ əsasən, Nikol Paşinyanın müraciəti həmin gün saat 23:40-a nəzərdə tutulub, ardınca isə saat 00:00-da Respublika meydanından pilotsuz uçuş aparatlarının şousu nəzərdə tutulub.
Xatırladaq ki, əvvəlki iki ildə İctimai televiziya Qareginin təbrik çıxışını göstərməmişdi.