Monteneqronun Adriatik dənizi sahilərində yerləşən Ultsin şəhərində iki azərbaycanlı cərimələnib.
Bakupost.az yerli “Viyesti” xəbər portalına istinadən xəbər verir ki, A.A. (43 yaş) və A.C. (30 yaş) bu ilin mart ayında kurort şəhərdə kirayələdikləri mənzildə fahişəliklə məşğul olduqlarına görə polis tərəfindən saxlanılıblar. Onların hər biri 1000 avro cərimə edilib.
Məhkəmə qərarında deyilir ki, A.A. və A.C. "Booking" vasitəsilə kirayələdikləri mənzildə fahişəliyi təşviq edən hərəkətlərlə məşğul olublar. Bu "xidmət" qarşılığında onların hər biri şəhər sakinindən 50 avro alıblar”.
“Viyesti”yə verilən məlumatda bildirilib ki, həmin azərbaycanlı qadınların ölkədən deportasiyası gözlənilir.
Cavid, BakuPost