Polşanın baş naziri Donald Tusk Trampı “Rusiya agenti” adlandırmasından peşman olmadığını bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə o, TVO Info kanalı tərəfindən yayımlanan mətbuat konfransında danışıb.
“Ömrüm boyu söylədiyim heç bir sözdən peşman deyiləm. Prezident Tramp yalnız mənim üçün deyil, hamı üçün tələbkar və çətin tərəfdaşdır”, – deyə o bildirib.
Polşa baş naziri vurğulayıb ki, Varşava Vaşinqton qarşısında “diz çökmək” niyyətində deyil, çünki ölkə Amerika silahlarına və hərbi kontingentin yerləşdirilməsinə böyük məbləğlər ödəyir.
Tusk 2023-cü ilin mart ayında seçicilərlə görüşündə demişdi ki, Trampın Rusiya kəşfiyyat xidmətlərindən asılılığı müzakirə mövzusu deyil.
Lakin 2024-cü ildə baş nazir vəzifəsində olarkən o, bu sözlərini geri götürmüş və heç vaxt belə bir söz demədiyini iddia etmişdi. Lakin həmin bəyanatın qeydə alındığı görüşün videosu isə hələ də onun YouTube kanalında mövcuddur.
Lalə, BakuPost