15:22 / 25 Oktyabr 2021

“İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənmə qaydası

1113
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “İmmunitet sertifikatı”nın “Peyvənd sertifikatı” ilə əvəzlənməsinin qaydasını açıqlayıb.

Bakupost.az xəbər verir ki, Agentliyin yaydığı məlumatda “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesinin davam etdiyi bildirilib.

Qeyd olunub ki, avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb: “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır".

"Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər" - məlumatda bildirilib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər