Ru
22:22 / 20 Mart 2026

İngiltərədən ABŞ-yə yaşıl işıq – Qapılarını açdı

İngiltərədən ABŞ-yə yaşıl işıq – Qapılarını açdı
Eye

Böyük Britaniya hökuməti ABŞ-ın İranın raket obyektlərinə qarşı əməliyyatlar həyata keçirməsi üçün öz hərbi bazalarından istifadə etməsinə icazə verib.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, məlumata görə, qərar Londonda keçirilən hökumət iclasından sonra qəbul edilib. “Downing Street” tərəfindən yayılan açıqlamada bildirilir ki, ABŞ-ın Britaniya bazalarından istifadəsi “kollektiv müdafiə” çərçivəsində həyata keçiriləcək və əsas məqsəd İranın Hörmüz boğazında gəmiçiliyi hədəfə alan raket imkanlarını zəiflətməkdir.

Qərar xüsusilə strateji əhəmiyyətə malik Hörmüz boğazı ətrafında artan gərginlik fonunda qəbul olunub. İranın bu bölgədə kommersiya gəmilərinə qarşı hücumları və boğazın faktiki blokadası beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaradıb.

Britaniya rəsmiləri vurğulayır ki, London birbaşa hücum əməliyyatlarında iştirak etmir və qərar yalnız “məhdud və müdafiə xarakterli” əməliyyatlara dəstək məqsədi daşıyır.

Analitiklər hesab edir ki, bu qərar Böyük Britaniyanın ABŞ ilə hərbi əməkdaşlığını gücləndirməklə yanaşı, eyni zamanda Londonu potensial cavab zərbələri riskinə daha açıq vəziyyətə gətirir. İran tərəfi isə əvvəllər belə addımlara qarşı cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar