“Apple”ın yeni “iPhone 18 Pro” modellərində, xüsusilə zoğalı rəngli cihazlarda rəngin solması və dəyişməsi ilə bağlı istifadəçi şikayətləri yayılıb.
“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, bəzi cihazlarda rəng dəyişikliyi ilk olaraq kamera linzalarının ətrafındakı alüminium hissədə yaranıb və daha sonra gövdənin digər hissələrinə yayıldığı bildirilib. Qara rəngli bəzi modellərdə də oxşar hallar qeyd olunub.
Rəng dəyişməsinin səbəbi hələ müəyyən edilməyib. İstifadəçilər bunun ultrabənövşəyi şüalara uzunmüddətli məruz qalma ilə bağlı ola biləcəyini ehtimal edirlər.
“Apple” məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Keçən il “iPhone 17 Pro” modellərində də oxşar şikayətlər qeydə alınmışdı.
Vüsalə Hüseynova,
BakuPost