Ru
14:29 / 17 Fevral 2020

İqbal Ağazadə gənc yazarı özünə mətbuat katibi təyin etdi - FOTO

1985

Gənc yazar Elşad Barat Ümid Partiyasında mətbuat katibi təyin olunub.

Bu barədə BakuPost-a partiyadan məlumat daxil olub.
Elşad Barat 1988-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində magistr təhsili alıb. Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirib. Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis, elmi işçi, orta məktəbdə müəllim işləyib.

2006-cı ildən jurnalistika fəaliyyətinə başlayıb. Müxtəlif sayt və qəzetlərdə çalışıb. Naxçıvan Dövlət Televiziya və Radio verlişləri Komitəsində Xəbərlər proqramının aparıcısı olub. Hazırda TəhsilPress.az saytının baş redaktorudur.
Kiçik hekayələr və şeirlər yazır. Üç kitabı işıq üzü görüb. Prezident təqaüdçüsüdür.

Ailəlidir, üç övladı var.

İqbal Ağazadə gənc yazarı özünə mətbuat katibi təyin etdi   - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər