İranla ABŞ arasında əldə olunan memoranduma və İsveçrədə danışıqların növbəti raundunun baş verməsinə rəğmən İsrail Livanla bağlı məsələdə prosesi əngəlləyəcək addımlarından əl çəkmir.
Bu isə rəsmi Tehranı istər-istəməz qıcıqlandırır.
Bakupost.az xəbər verir ki, SEPAH İsrailin Livana hücumları fonunda Hörmüz boğazının bağlandığını bəyan edib.
Məlumatda bildirilir ki, İsrailin Livandakı cinayətləri və ABŞ-nin atəşkəsin bərqərar olması ilə bağlı öhdəliklərini pozması ilə əlaqədar, Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb.
İsrailin müdafiə naziri İsrael Kats isə deyib ki, öz qoşunlarını Bofor qalası da daxil Livanın cənubundakı təhlükəsizlik zonasından çıxarmayacaq.
Siyasi şərhçi Elçin Xalidbəyli
Bakupost.az-a bildirib ki, mövcud durumda regionda sülh və sabitliyi təmin edəcək sənədin ərsəyə gəlməsi olduqca problemlidir:
“Belə anlaşılır ki, ABŞ ilə İran arasında danışıqlar prosesinə yalnız bu iki ölkə arasında olan ziddiyytlər təsir göstərmir. Başqa təsiredici faktorlar da mövcuddur. Hörmüz boğazı ətrafındakı vəziyyət, habelə Livan ətrafında cərəyan edən proseslər də danışıqların gedişinə öz təsirini göstərir. Hörmüz boğazı hər iki tərəfin əlində bir-birinə qarşı təzyiq mexanizmidir. ABŞ danışıqların yumşaq məcrada getməsi üçün İrana qarşı blokadanı götürdüyünü, Hörmüz boğazını açdığını bəyan edib. Ancaq sonradan İran Vaşinqtona təzyiq üçün boğazı bağladığını elan etdi. Ola bilsin yaxın vaxtlarda, danışıqlar neqativ istiqamətə yönələrsə, öz növbəsində ABŞ da yenidən boğazdan təzyiq vasitəsi kimi istifadə etməyə çalışsın”.
Ekspertin sözlərinə görə, Təl-Əviv İran-ABŞ danışıqlarında müsbət nəticələrin əldə edilməsində maraqlı deyil:
“Livan məsələsinə gəldikdə, ABŞ İranla müzakirə apararkən, İsrail Livanın cənubuna zərbələr endirməkdə davam edir. Bu da rəsmi Tehranın kəskin etirazlarına səbəb olub. Deməli, Təl-Əviv Vaşinqtonun bir necə dəfə tələb etməsinə baxmayaraq, danışıqların pozitiv məzmun daşımasında maraqlı deyil. Görünən odur ki, İsrail tərəfi danışıqlar prosesinin mümkün qədər gərgin atmosferdə getməsinə, pozulmasına çalışır. Rəsmi Təl-Əviv həm də bildirir ki, İsrail ABŞ ilə İran danışıqlar prosesinə daxil deyil. Ona görə də öz maraqları çərçivəsində fəaliyyət göstərməkdə davam edəcək. Rəsmi Tehran isə bu məsələdən ABŞ-yə təzyiq faktoru kimi istifadə edir.
Bütün bunlar isə onu göstərir ki, yaxın vaxtlarda sülh və sabitliyi təmin edəcək sənədin əldə olunması olduqca çətin olacaq. Çünki danışıqlara kənardan neqativ təsir göstərməyə çalışan qüvvələr də mövcuddur və bu təsirlər prosesin daha çox neqativ istiqamətə yönəlməsinə səbəb ola bilər”.
Rüfət Sultan, BakuPost
Cip-civi dünya infoselinə cəhdli *BakuPost* və Müllif, səhv etmirəmsə, Yaxın Şərq *Enerji-yanacaq hövzəsi*nə 1966cı ildən siyasi deyil, kəskin Hərbi-iqtisadi rəqib ABŞ, dövlət kimi rəsmi qeydi olmayan İsraili özünün Yaxın Şərq Hərbi Platsdarmına və Fələstin ərazisi hesabına Hərbi-fəal İsrail dövlətinə *nail olub!* Hərtərəfli qarşılıqlı-adekvat məqbul Hüquqi-siyasi arqumentlər seçə bilməyən (bəlkə də siyasi-satqın?) Kreml elə 1968ci ildən ona üstünlük verən tərəfdaşlarından imtinaya başlamışdı? Nəhayət, 1986-1991ci illərdə kiçik Kreml qruplaşması bütöv Alyans və tərəfdaşı dövlətləri siyasi rəqib *QƏRB*ə özəl sövdələşməyə buraxdı-təslim etdi? Separatca (əvəzinə) 6(altı) respublika sivil *Avropa Evi*nə inteqrasiya etməli, digər altısı (6) isə uzaq 23 naməlum taleli dövlətlər siyahısına aid etdi? Üç Pribaltika respublikalara bütövlükdə qeyd-şərtsiz avropaya şərti *Qərb*ə qaytarılıb? Bir çox liderlər hələ də həmin 10-12 nəfərlik *yenidən-bölüşmə* islahatçılarının adılarını çəkməyə belə cürət etmirlərmiş, görünürlənirlər. Tehran da nə qədər iddia etsə də, nəinki hərbi əsarətə alınmış hüquq-haqqların iddiası-bərpası heç eşidilib, mühakimə edilməsinə şans duyulmur?